Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Hələ ki,dözürük xəyal qurub da,

Ayaz Arabaçı

Hələ ki,dözürük xəyal qurub da, Arzu tənəzzüldə,ümid qürubda, Elə su aparır deyə,durub da, Xəmirnən bu qədər oynamaq olar?

Nə vaxt qayıdırıq o xan duruşa, Yığışıb cəm olaq bu son vuruşa, Başımız aldanır qəpik quruşa, Dəmirnən bu qədər oynamaq olar.?

Sizə nə uyğundu, nə hava çalım, Quymaq istəyirsiz, ya halva çalım, Sizin səbrinizin qadasın alım, Əmirnən bu qədər oynamaq olar.?

Didməyək quzğuntək hey ətimizi.. Bir yerə toplayaq heyətimizi, Təmirə vermişik qeyrətimizi, Təmirnən bu qədər oynamaq olar.? ..

Niyə bölük-bölük,para-parayıq, İçi xarabyıq,çölü sarayıq, Vətənin yanında üzü qarayıq, Kömürnən bu qədər oynamaq olar.?.

Kəsdi boy atdıqca boyumuzu hey, Qurutdu bir ucdan soyumuzu hey, Kəsdi havamızı,suyumuzu hey, Şümürnən bu qədər oynamaq olar.? ..

Kimdi harayına gələn ha zarı, Hər gün at üstədi dərdi-azarı, Yoxdu sona kimi behi-bazarı, Ömürnən bu qədər oynamaq olar?...

Saytda dərc olunub