Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Mahiyyətcə eyni şeydi,

Ayaz Arabaçı

Mahiyyətcə eyni şeydi, Doğmanı-yadı boş verin. Qaçıbdı hər ikisindən, Ağzımın dadı, boş verin.

Bu səs sizin səsinizdir, Vallah quru bəhsinizdir, Sadə ömür bəsinizdir, Şöhrəti-adı boş verin.

Atacaqdır daşınızı, Çox çatmayın qaşınızı, Girələyin başınızı, Dünyanı-zadı boş verin.

Saytda dərc olunub