Şeir · Azərbaycan
Fikirlidi göydələnlər ölkəsi,
Fikirlidi göydələnlər ölkəsi,Fikirlidi uçuq damlar şəhəri..Asta-asta qurtumlayır Xəzəri,Göy çinarlar,yaşıl şamlar şəhəri..
Yəhərindən,palanından toz qopur,Hər tinindən-dalanından toz qopur,Gerçəyindən-yalanından toz qopur,Hanı bəs o ehtişamlar şəhəri..
Dada yetməz buz bulaqlar,meşələr,Bir gözündən on kövrələr,beş ələr,Ah bu barlar,ah bu keflər-nəşələr,Ah bu meylər,ah bu camlar şəhəri..
Qibləsi də Məkkəsi də pul oldu,Ərənləri qapılarda qul oldu,Hər yetənin ayağına çul oldu,Gözəl adlar,uca namlar şəhəri..
Xatirələr bir tuneldi gir az da..Qərib könlün bayatıdı Şirazda,Mədaini xatırladır bir az da..Puç arzular,yetim kamlar şəhəri..
Könlüm hər cür qovğasına bələddi,Nə üzünə haqqı desəm qələtdi..Gecə-gündüz anamızı mələtdi,Bu vampirlər,bu yamyamlar şəhəri..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/fikirlidi-goydelenler-olkesi/