Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Bu yağış da bir yandan,yuyur xatirələri,

Ayaz Arabaçı

Bu yağış da bir yandan,yuyur xatirələri,Köhnə lent yazıları xırıldayır başımda.Gündə min yol oxnmuş məhəbbət məktubları,Yorğun ayaqlarını uzadıb yaddaşımda.

Bütün əsabəsini töküb üstümə həsrət,Hansı xoş gündən qalıb ödənməmiş sələmlər..Bir şam işığı boyda şölələnən sevgiyə,Bir kitablıq yol gedir diyircəkli qələmlər..

Dirənibdi zamana saatın əqrəbləri,Gündə bir ölü çıxır könül otaqlarından.Yuyulub-ütülənmiş,kraxmallı yollara,Qayıt gəl sözü düşmür,leyli dodaqlarından.

Səni xatırlamağa alışıq olmasam da,Səni yadıma saldı yağış sağ olsun dedim..Sənə olan aclığı bir az dəf etmək üçün,Vağzalda bir kafedə yalandan çörək yedim))

Sonra da uzun zaman papiros tüstülətdim,Soyuq platformada qatar gələn tərəfə.Qarsonun uzatdığı hesabı məktub bilib,Sən heç alan görünmü ömründə bircə dəfə.

İki adamlıq masa,bir adamlıq xatirə,Mən bu anı səninçün yaşadım bayaqları.Məni başqa nömrədən bu gün bir qız aradı--Üşüyürmü yağışda corabsız ayaqların...

Sən məni ürəyində bir azca yaxşı qoru,Yaralarım sağalıb üzünə duran deyil.Kür kimi,Araz kimi təzədən qovuşmasaq,Mənə elə gəlir ki,ömür qurtaran deyil..

Saytda dərc olunub