Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Pulu görür, bizi görmür,

Ayaz Arabaçı

Pulu görür, bizi görmür, Gözü olmayan adamlar. Təzəkdən başqa şey deyil, Közü olmayan adamlar.

Köhnə havada qalıblar. Neydə-nəvada qalıblar, Padşahdan hər şey alıblar, Sözü olmayan adamlar.

Yaxşı baxın,gəlməsinlər.. Axın-axın gəlməsinlər, Mənə yaxın gəlməsinlər, Özü olmayan adamlar...

Saytda dərc olunub