Şeir · Azərbaycan
Bəlkə heç sökülmədi,
Bəlkə heç sökülmədi, Dan sual altındadı.. Heç nə bir anlıq deyil, An sual altındadı..
Getdi ağıl huş baba, Kefdədi bayquş baba. Şöhrətə bir quş baba, Şan sual altındadı.
Hər görünən fon çökər, Qırmızı furqon çökər, Beş dirənər on çökər, Xan sual altındadı.
Az özələn, az didiş, Sağ-sola hey vurma diş, Bitmir axıtmaqnan iş, Qan sual altındadı.
Həyəcan yox, şüvən yox.. Parçalanıb, nüvən yox, Sığorta yox, güvən yox, Can sual altındadı.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/belke-hec-sokulmedi/