Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Bərkəti azalmır heç,

Ayaz Arabaçı

Bərkəti azalmır heç, Hərə bir az kəsib yeyir. Ümid yağlı bir tikədir, Varlı yeyir,kasıb yeyir.

Ruhu buzdan,qəlbi qardan, Hardan çıxdı bu div hardan, Ömrü-günü bir divardan, Təqvim-təqvim asıb yeyir.

Gəldim neçə şifrə açıb, Dərd ağzımı küfrə açıb, Əcəl bir bol süfrə açıb, Hamımızı basıb yeyir..

Saytda dərc olunub