Şeir · Azərbaycan
Faiz basıb yeyir məni,
Faiz basıb yeyir məni, Sələm basıb yeyir məni. Quyum basıb yeyir məni, Tələm basıb yeyir məni.
Lənət olsun belə baxta, Xoruzlanır axta-axta Keşiş qalıb bir qıraqda, Lələm basıb yeyir məni.
Çoxdu minən çoxdu boğan, Zara gəlib əkən, doğan, Çürük kartof, ucuz soğan, Kələm basıb yeyir məni
Ömrüm-günüm keçir hədər, Bəs deyilmi bir bu qədər, Ağrı-acı, qüssə-kədər, Ələm basıb yeyir məni.
Günlər vardı şaraq-şaraq, Heç bir şeyə yoxdu maraq, Misra - misra, varaq-varaq Qələm basıb yeyir məni..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/faiz-basib-yeyir-meni/