Kəşf etmək üçün 1423 şeir

Şeirlər

Yaddaşınızda qalacaq bir misra tapın.

İlk misraları oxuyun. Sizə yaxın olan şeirləri kəşf edin.

1423 şeir: 649–672

  1. Qaymaq kimi oturur,

    Üz sözə,nə deyəsən.. Sözün sağlığı olsun, Süz,sözə nə deyəsən..

    Azərbaycanca12 misra

  2. Soyuq baxışların altına tutma,

    Odlu duyğularda çimən könlünü.Qoruya bilənə etibar elə,Acı küləklərdən,çəmən könlünü.

    Azərbaycanca20 misra

  3. Harda baş kəsilir,harda qan batır,

    Bəllidi hər gizli sir sənə Tanrım. Bu ağır zamanda-çətin dövrdə, Sənə güvənirik, bir sənə,Tanrım.

    Azərbaycanca24 misra

  4. Çoxdan unudulmuş bir dildə yazdım,

    Yorulma inadla,səbrlə oxu.. Sənin gözlərinlə baxırlar mənə, Şəhərə çıxanda qızların çoxu..

    Azərbaycanca4 misra

  5. Bir az gözlərində günəş də doğsun,

    Hər dəfə duman gəl, çən gəl, olamaz.. Adam göz yaşında nə qədər üzər, Gələndə bir yol da şən gəl, olamaz..

    Azərbaycanca20 misra

  6. Sən də çox qəm yemə,divar saatı,

    Bir azdan sənin də daşın qurtarar. Bu məlun zamanın dar ağacından, Üç qansız əqrəbdən başın qurtarar...

    Azərbaycanca4 misra

  7. Səndən də yan keçməyəcək

    bu dünyanın ağrıları, Səndən də yan keçməyəcək oğlum, Həyat heç kimin əlindən tutmur yıxılanda.

    Azərbaycanca41 misra

  8. Əgər ürəyində sevgi qalıbsa,

    Sabaha inamın tam itməyibsə.Hələ xəyalının üfüqlərindən,O hisli,o kirli dam itməyibsə..

    Azərbaycanca28 misra

  9. Nə yerdən bir ümid doğur, nə göydən bir səda gəlir,

    İnsafdan yetim qalmışıq, mürvətdən yetim qalmışıq. Gözləyirsən xeyir gəlsin, bəla gəlir, qada gəlir, Sərvətimiz ola-ola, sərvətdən yetim qalmışıq.

    Azərbaycanca20 misra

  10. Biz sussaq da yalanına zalimin,

    Yerdə qatar, göydə uçaq danışır..Adam tamam şəraitə görədir,Bir gün quraq ,bir gün sucaq danışır..

    Azərbaycanca33 misra

  11. Bazar arvadlarıtək veribdilər səs-səsə..

    Səməd Vurğun bağında qaradonlu qarğalar.. Adam-zad saymırlar heç, əsəbləşiblər nəsə, Elə bil onları da soyub bizim darğalar..

    Azərbaycanca25 misra

  12. Küçə itlərindən də betər

    Yiyəsiz olmaq var bu məmləkətdə. Bir də

    Azərbaycanca23 misra

  13. Bir qoca sevdanın önündə hər gün,

    İkiyə qatlanır ürəyim mənim. Fərqi yox, hayanda olursansa, ol, Oraya atlanır ürəyim mənim.

    Azərbaycanca25 misra

  14. küçədə

    küləyin gətirdiyi xörək qoxusuna dodağını yalayan o uşaq

    Azərbaycanca30 misra

  15. Qovaq -söyüd sektoru,

    Əxlaq-öyüd sektoru, Parlaq inkişafdadır, Qeyri-nöyüd sektoru..

    Azərbaycanca4 misra

  16. Bu riyazi eşq idi, vurduq, böldük hədləri,

    Daha məqam gözləmə, dağıt bütün sədləri, Çevir arxası üstə ümid verən vədləri.. Sinəm əkin yeridi, həsrətini xış elə.

    Azərbaycanca28 misra

  17. Sən bir az rahat yaşa,

    çox şeyi vecinə alma. Hər gün bir bəhanə tap, təzədən doğul, köhnə doğum tarixində qalma.

    Azərbaycanca36 misra

  18. Hər gün oxuduğum bir kitab kimi,

    Mənim ürəyimdə qızıl rəfdəsən.Amma neyləyim ki,mahitab kimi,Əngin üfüqlərdən o tərəfdəsən.

    Azərbaycanca20 misra

  19. Səni mənim taleyimə,

    Minbir arzu, dilək deyib. Bir sənədə imza atıb- Bir yuvada gülək, deyib.

    Azərbaycanca20 misra

  20. Kəpənəktək qəlbimdəki bu eşqin,

    Çiçəyindən toz götürüb gedərsən.. Birdən qəfil çərxi dönər taleyin, Fürsət tapıb, tez götürüb gedərsən..

    Azərbaycanca20 misra

  21. Dağ çayı..

    Sahilində durmuşam, Tutqun bir xəyal kimi dağ çayı..

    Azərbaycanca30 misra

  22. Dərdimi sıyırmağa,

    Yoxdu bir rəndə adam. Adammı tapmaq olar, Bu qatı çəndə,adam..

    Azərbaycanca20 misra

  23. at kimi qaçıram, mən bütün günü..

    günüm gün deyil ki, eh, itin günü.. bağışla yenə də unutdum, səni, yenə də unutdum, Valentin günü..

    Azərbaycanca4 misra

  24. Xəbər bomba xəbərdi,

    Jirinovski gəbərdi.. Amma bir sayt yazıb ki, Ölmüş idi, dəbərdi)

    Azərbaycanca4 misra