Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Dağ çayı..

Ayaz Arabaçı

Sahilində durmuşam, Tutqun bir xəyal kimi dağ çayı.. Niyə belə susmusan Qabağımda lal kimi, dağ çayı..

Başı cilov görməyən, Bir köhlən at misalı dağ çayı. Yerə-göyə sığmırdın, Dəclə-Fərat misalı dağ çayı...

Coşdururdu zirvədən, Əridikcə qar səni dağ çayı. Qarğıyırdı o ki,var, Qoca arvadlar səni dağ çayı.

Qabağına çıxana Dəli kimi baxırdın dağ çayı. Qayaları qopardıb Qanlı-qanlı axırdın dağ çayı..

Elə bildin kefdəsən Qaçdın dənizə sarı dağ çayı. Unutdun güc aldığın Balaca bulaqları dağ çayı...

Saytda dərc olunub