Şeir · Azərbaycan
Kəpənəktək qəlbimdəki bu eşqin,
Kəpənəktək qəlbimdəki bu eşqin, Çiçəyindən toz götürüb gedərsən.. Birdən qəfil çərxi dönər taleyin, Fürsət tapıb, tez götürüb gedərsən..
Ürəyimi həsrətinlə qəmləyim, Göz yaşımı nəfəsində dəmləyim, Son sözümü bir şeirdə cəmləyim, Lap azca da döz, götürüb gedərsən..
Kimlər-kimin,nələr-nəyin olacaq.. Kimə, nəyə hansı rəyin olacaq.. Məndən sonra çox gərəyin olacaq, Ürəyimdən köz götürüb gedərsən..
Aydı-gündü, ovçu ovsuz olmur ha, Həyatdı də çaxmaq qovsuz olmur ha, Gediş-gəliş sözsüz-sovsuz olmur ha.. Ondan-bundan söz götürüb gedərsən..
Yanım-yanım, bir çimdiklik qor qalım, Göy çəmənli bir mənzildə yor, qalım.. Səndən sonra kimə baxsam kor qalım, Məndən bir cüt göz götürüb gedərsən..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/kepenektek-qelbimdeki-bu-esqin/