Şeir · Azərbaycan
Qaymaq kimi oturur,
Qaymaq kimi oturur, Üz sözə,nə deyəsən.. Sözün sağlığı olsun, Süz,sözə nə deyəsən..
Hər ağzı yava çalır, Ümidlər halva çalır, Hərə bir hava çalır, Yüz sözə nə deyəsən..
Ömür bələkdən keçər, Küydən-kələkdən keçər, Əppək ələkdən keçər, Düz sözə nə deyəsən..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/qaymaq-kimi-oturur/