Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Küçə itlərindən də betər

Ayaz Arabaçı

Küçə itlərindən də betər Yiyəsiz olmaq var bu məmləkətdə. Bir də arzuları yetimxanalara vermək var. Bir səfalət kitabıdı ömür, Hansı ki, səni hər səhifəsində gömür. Qarşıda turp kimi sağlam xəstəliklər var. Yorulmuş ayaqlar var, gülümsər çəliklər var. Hər yandan soyuq üfürən dəliklər var. Kefin istəyəndə ölmək olmur, öhdəliklər var. Bir yalquzaq kimi tut üzünü göylərə, ula keç. Heç bir təsəlliylə qulaqlarını yaralama Başını bula, keç!!

Saytda dərc olunub