Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Hər gün oxuduğum bir kitab kimi,

Ayaz Arabaçı

Hər gün oxuduğum bir kitab kimi,Mənim ürəyimdə qızıl rəfdəsən.Amma neyləyim ki,mahitab kimi,Əngin üfüqlərdən o tərəfdəsən.

İynə ulduzunu seçə bilirəm,Xəyalın dumandan seçilməz qalır.Bütün sərhədləri keçə bilirəm,Sən olan tərəflər keçilməz qalır.

Dönür nəfəsinə hər səhər-axşam,Gəzir üz-gözümdə baharın mehi.Sənsən ürəyimdə alovlanan şam,Sənsən gözlərimin qövsi-qüzehi..

Ordasan ən təmiz,ən sərin sutək,Axtarsan şerimin hansı sətrini..Sonuncu siqarın son tüstüsütək,Sinəmə çəkirəm qətran ətrini.

Bu sevgi əlçatmaz xəyaldı..nə qəm,Çatmaz arzusuna yetim qolları..Dalınca o qədər gedib-gələrəm,Qartək ağardaram bütün yolları..

Saytda dərc olunub