Şeir · Azərbaycan
Nə yerdən bir ümid doğur, nə göydən bir səda gəlir,
Nə yerdən bir ümid doğur, nə göydən bir səda gəlir, İnsafdan yetim qalmışıq, mürvətdən yetim qalmışıq. Gözləyirsən xeyir gəlsin, bəla gəlir, qada gəlir, Sərvətimiz ola-ola, sərvətdən yetim qalmışıq.
Sinəsində dağlar gəzir oğlum-qızım, anam-bacım, Sərgilərdə başa çıxıb neçə ağrım,neçə acım, Yoxdu durub bircə-bircə sadalamaq ehtiyacım, Qoca tarix yaxşı bilir, çox vəddən yetim qalmışıq..
Ruhumuzu bulandırır mənəviyyat kifirləri, Doldurublar hər kanala qatıqları-kefirləri, Bircə dəfə bəs eləyir açıb-baxsan efirləri- Görərsən ki, tamamilə mərfətdən yetim qalmışıq.
Dövran necə tərsə dönüb-"üst" nökərdi,"alt" ağadı, Sözüm yüz-yüz qoturadı,sözüm min-min qaltağadı, İndi hörmət alçağadı, satqınadı, yaltağadı, Ərənliyə-kişiliyə hörmətdən yetim qalmışıq.
İt olsaydı nə vardı ki,üstümüzə çaqqal hürür, Qəlbimizi ağır-ağır qüssə sarır,kədər bürür, Xarabada uzaqbaşı beş-on nəfər dövran sürür, Dərd odu ki, hamılıqla dövlətdən yetim qalmışıq.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/ne-yerden-bir-umid-dogur-ne-goyden-bir-seda-gelir/