Kəşf etmək üçün 1423 şeir

Şeirlər

Yaddaşınızda qalacaq bir misra tapın.

İlk misraları oxuyun. Sizə yaxın olan şeirləri kəşf edin.

1423 şeir: 673–696

  1. Ümidini neçəyə satırsan dilənçi.

    İmanını neçəyə satırsan şeyxim.. Rahatlığını neçəyə satırsan xalqım. Fəryadını neçəyə satırsan şəhid atası.

    Azərbaycanca5 misra

  2. Adamlığın hanı desəm,

    Hərə bir əba göstərir. Üzlərdən zəhər tökülür, Ulduzlar vəba göstərir.

    Azərbaycanca16 misra

  3. İllər sonra eşitdim ,

    səsini telefonda, Mənə zəng eləmişdin o axşam saat onda. Elə bil ki, minillik

    Azərbaycanca48 misra

  4. Bir qazi çay aparır iki fərarinin oturduğu masaya..

    Vəli kişi kənardan deyinir Ana Yasaya.Oturub təşəxxüslə iki fərari "samovardan yuxarı",Qazinin üzündə yol salıb xəcalət buxarı..

    Azərbaycanca83 misra

  5. Yağış yağır..

    Allahın ətəyidir bu yağış, Tutmuşam Allahın ətəyindən. Yağış yağır, elə tökülür ki damcılar,

    Azərbaycanca27 misra

  6. İstirahət günü..

    Çaylar islanmışdı yağışlardan..Günəş ütüləyirdi suları.Sağ əlimi soxmuşdum cibimə,

    Azərbaycanca29 misra

  7. Bütün günü mənimləsən,bilirsən-

    Vermirəm ki,həsrətinə önəm,mən. Getmədim ki,o günləri unudub, Deyəm bir də o günlərə dönəm,mən..

    Azərbaycanca25 misra

  8. ömrü boyu bircə açıq qapı var.

    yolumuzu gözləyən. bütün qapılara can atarıq o qapıdan başqa.

    Azərbaycanca42 misra

  9. Kim nə gizlədibsə, kim nə yığıbsa,

    Olacaq aləmə faş, qalmayacaq.. Əgər həqiqətə düz baxa bilsək, Gözümüz qıyılıb çaş qalmayacaq..

    Azərbaycanca20 misra

  10. İnşa

    Vətəndi,torpaqdı mövzusu bu gün, Oğluma məktəbdən inşa veriblər. Xoşbəxtlik,azadlıq məfhumunu da,

    Azərbaycanca36 misra

  11. Bir şirin şey dadmadım,

    Ürəyimi vurmadan.. Çıxıb sənə gələrdim, Bir gün xəyal qurmadan.

    Azərbaycanca32 misra

  12. Ağlayırıq, azalmır,

    Bir belə gur su vermə. Tanrım, bir də heç zaman, Namərdə kürsü vermə...

    Azərbaycanca4 misra

  13. Harda olsa çürüdəcəm bu ömrü,

    Fərqi yoxdu ayaq olsun,baş olsun. Məndən ötrü nədən desən dost olur, Adam olsun,ağac olsun,daş olsun.

    Azərbaycanca20 misra

  14. Molla Pənah demişkən büllur buxaq, tər sinə,

    Çevirmişdi dünyamı bir baxışda tərsinə, Dilə tutub qəlbimi gətirmişdim dərsinə, Demişdim ki, gəlmişik,

    Azərbaycanca25 misra

  15. Çoxu boşalmışdı köhnə evlərin,

    Burda yetim qamış bir oba gördüm. Köhnə bir papaqda hörümçək toru, Divarda toz basmış bir əba gördüm.

    Azərbaycanca28 misra

  16. Çöldə bekarçılıqdı,

    İçdə bekarçılıqdı. Boş yerə yol yorturuq, İşdə bekarçılıqdı.

    Azərbaycanca12 misra

  17. evdə təkəm,qəfildən,

    telefonum zəng çalır. kimsə çox ürkək-ürkək, çox həzin nəfəs alır.

    Azərbaycanca60 misra

  18. Kərim ...

    Heç kim bilmir Kərim niyə bu qədər içir, Heç kim bilmir

    Azərbaycanca59 misra

  19. Balaca mis qəpiklərin,

    Manat olmağına çox var. Adamların həqiqətə, Fanat olmağına çox var..

    Azərbaycanca20 misra

  20. Qolumuzun qüvvəti, dizimizin dirənci,

    Kişiliyə,qeyrətə, namusa məhvər ordu.Ümidləri günəştək qar altından oyadan,Bir qom bənövşə kimi təzə ordu, tər ordu..

    Azərbaycanca32 misra

  21. Burda ilan kimi

    qabıq qoyuram..Yoxdu bir genişlik sinədolusu.Hər şeyə şəkildən

    Azərbaycanca36 misra

  22. Həyat hər şeyin üstən,

    Bir baxışla keç,deyil. Hər şey heç nədi amma- Amma heç nə,heç deyil..

    Azərbaycanca4 misra

  23. Könlümə baş qoyub elə yatıbsan,

    Oyanmır damarın nə vaxtdı şerim. Elə bil min illik dərman atıbsan, Xəbərin yoxdu ki,sabahdı şerim.

    Azərbaycanca24 misra

  24. Tarix bizi nə töhmətlər, nə danlar!!!

    Dərdimizi doğmadan çox yad anlar, Bilməsə də nadürüstlər, nadanlar, Məmmədəmin Rəsulzadə ürəkdir..

    Azərbaycanca4 misra