Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Kim nə gizlədibsə, kim nə yığıbsa,

Ayaz Arabaçı

Kim nə gizlədibsə, kim nə yığıbsa, Olacaq aləmə faş, qalmayacaq.. Əgər həqiqətə düz baxa bilsək, Gözümüz qıyılıb çaş qalmayacaq..

Sağalmır ey həkim bu mənfur yara, İt yağı sürtməkdən gəlmişik zara.. Ağa-ağ deməsək qaraya-qara, Göz nədi, hətta heç, qaş qalmayacaq..

Duxun var ağzını açıb "ı" elə, Bu satqı elədi, bu alqı elə, Elə ağladırlar bu xalqı elə, Heç kimin gözündə yaş qalmayacaq.

Bu at qursağını hayandan asaq, Sevgi qadağandı,məhəbbət yasaq. Hər hürən köpəyə bir daş tullasaq, Şeytana atmağa daş qalmayacaq..

Min-min ox tuşlanır uçan qanada, Güllə nə şeydi ki, könül qanada, Bu dünya deyilən dəlixanada, Məndə bu gedişnən baş qalmayacaq.

Saytda dərc olunub