Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Kimdə zəncirləmisən,

Ayaz Arabaçı

Kimdə zəncirləmisən,Yenə o leyli könlü..Mənliksə de, ovudum,Məndən gileyli könlü..Ovudum, bir şeirlə,Qəlbin şəlalələnsin.Dodağın nəğmələnsin,Gözlərin lalələnsin..Açılsın qanadların,Sonsuz yollar boyunca.Dərd görmə, ağrı görmə,Uzun illər boyunca..Fəda söhbəti gəlsə,Yoluna canım olsun.Təki, səndə hər zaman,Ölmək imkanım olsun.Adını dodağımda,Daşıyım sevə-sevə.Qırx otaqlı evim ol,Yaşayım sevə-sevə.Gözümü səndə açım,Gözümü səndə yumum,Həmişə yanımda ol,"Nə umsam" səndən umum.Vaxta bir az var, düşün,Bu birinci nidadır.Qızıl donlu gülüşün,Ölümə əlvidadır.Görüşümə gələndə,Bəzən göy qurşağından.Gör nə sevgili çıxar,Kirli kənd uşağından.Gəl, də,mənim könlümünYarasına tap,əncam.Bu nə sükutdu belə,Pnevmatik tapançam.

Saytda dərc olunub