Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Bir qazi çay aparır iki fərarinin oturduğu masaya..

Ayaz Arabaçı

Bir qazi çay aparır iki fərarinin oturduğu masaya..Vəli kişi kənardan deyinir Ana Yasaya.Oturub təşəxxüslə iki fərari "samovardan yuxarı",Qazinin üzündə yol salıb xəcalət buxarı..Xəcalətli düşməni olmalıydı əslində..Qələbə əsrində, zəfər fəslində.Əvvəllər fəxarətlə taxardı medallarını,gizlədir buraya işə düzələndən..Qılçası boyda bir qoduq üstünə darğalanır.İçində Cəbrayıla taxdıqları bayraq dalğalanır.Bir qazi çay aparır iki fərariyə..Yol boyu əlləri titrəyə-titrəyə,Bir qazi çay aparır fərarilərin verdiyi sədəqə-fitrəyə.Fərarilər qurtumlayır çaydan..Qazi düşünür:Deyirlər pensiyalar qalxacaq bu aydan..Ümidbir qəbir qədər dərin.

***Bir qazi də araq süzür,kabab daşıyır başqa bir süfrəyə,içində paslı bir mina.Xəyalında döyüşlər,Dişinin dibində söyüşlər..Qulağındatankın içində yanan yoldaşlarının səsi.Vüqar, Fəxrəddin, Nəsib..Fərarilər sağlıq deyir:-Şərəfə..Amma doludurlar, şərəfsizliklə..Kefləri saz, qarınları tox..Amma bir barel adamlıqları yox!Qaziqovrulur od üstündəki hər tikəylə.Külək də bir yandan, hikkəylə.Başqa yolu yoxneynəsin fağır.Bilir,indi yaşamaqölümdən də ağır.

***Bir qazi maşın yuyur, təkər qaraldır bir fərariyə…Niyə axı, niyə?Qan beyninə vurur, kənarda təsbeh çevirən Vəli kişinin.Kimə töksün acısını dişinin.Bir qazi maşın yuyur,bir fərariyə.Sanki savaşmeydanındakı qan izlərini yuyur..Bir qazitəkər qaraldır bir fərariyə-müharibədən qaçan bir kölgəyə.Savaşdan gizlənən bir cöngəyə..Bir qazi maşın yuyur,əlləri tank tırtılları kimi kobud,amma bu dəfə qan yox köpük axır əllərindən..Fərarisiqaret tüstüsünü halqa-halqaburaxır göyətəmiz yu deyir,Qazi basır səbrini,İki dəqiqəyə qazar onun qəbrini.Bura arxa cəbhədir, qanı qanla yumazlar.Amma neyləyəsən ki..Minamyot uğultusundan qalib çıxanlar, milçək vızıltısına məğlub olmuş.Təkər qaraldır qazi,təkər yox öz öz içini qaraldır.Vətənin üzünü qaraldır.Bir qazi maşın yuyur,amma yuduğu nə fərarinin maşınıdı,nə də təkərlərin palçığı.Yuduğu:bir xalqın unutqanlığıdı,bir millətin süst vicdanıdı..Öz canıdı.Təkər parıldayır, fərari bir onluq atır,üstü qalsın, deyir,amma qazinin gözləri yerə dikilir.Üstü qalancəbhədən gəlməyən ayaqlardı.Sarsılan dayaqlardı!!Boğazında düyün olmuş Vətənin harayıdı.İçinin dağılmış sarayıdı.

Saytda dərc olunub