Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

İstirahət günü..

Ayaz Arabaçı

Çaylar islanmışdı yağışlardan..Günəş ütüləyirdi suları.Sağ əlimi soxmuşdum cibimə,Cibimdəköç yolunda tutduğum durna.Söykənmişdim saatın böyük əqrəbinə..Bir polisüstümə bağırdı ki,rədd ol,burda durma!Açıldı üzbəüz binadakıqara hörüklü pəncərə.Lənət şeytana dedim,əl atmadım xəncərə.Buruldum sağ çiynimin üstə.Sol cibimdə bir fincan qəhvə,bir ovuc püstə.Keçdim bığ yeri təzəcə tərləyənqovağın altına..Yarpaqlar pıçıldadılar,Görəsən nə salaq qonağın altına?Elə bil müharibə vaxtıydı 41-in əvvəli.Salınmışdı boz divarda qara çərçivəyəkiminsə döyüşdə itirdiyi əli.Deyəsən mina axtarırdılar dəmir geyimli robotlar..Qorxusundan tir-tir titrəyirdi otlar.Mən xoşbəxt idim,ancaq,qabırğamın ikisi qırılmışdı.Üzü üstə yıxılmışdım,yol boyunca yellədiyimbayrağım cırılmışdı..Mən içəridəydim,eşikdən baxırdı Allah..Buluddakı deşikdən baxırdı Allah..

Saytda dərc olunub