Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Balaca mis qəpiklərin,

Ayaz Arabaçı

Balaca mis qəpiklərin, Manat olmağına çox var. Adamların həqiqətə, Fanat olmağına çox var..

Ayılmadı yatanların.. Göz yaşında batanların. Külüngə əl atanların, Fərhad olmağına çox var.

Tıxanıbdı qulaqların, At oynadır ulaqların, Hələ sısqa bulaqların Fərat olmağına çox var..

Nabələdik yola-izə, Vüqarımız enib dizə.. Beə getsə haqqın bizə, Qanad olmağına çox var.

Dolaş Rumdan,Çindən belə, Çıx imandan-dindən belə, Bu həyatın indən belə, Həyat olmağına çox var..

Saytda dərc olunub