Şeir · Azərbaycan
evdə təkəm,qəfildən,
evdə təkəm,qəfildən, telefonum zəng çalır. kimsə çox ürkək-ürkək, çox həzin nəfəs alır. alo,alo deyirəm, bəli-bəli deyirəm. tətikdədi bəlkə də, bu an əli deyirəm. susub durub,danışmır, eşitmir harayımı. başıma hey iş gəlir, telefonda daimi. bəlkə dostdu,tanışdı, heç birinə oxşamır. əlim su içindədi, dəstək əlimdə damır. nəyinsə inkarıdır, bu nəyinsə sübutu. mənə çox şirin gəlir, nəsə onun sükutu. handan-hana dillənir, handan-hana incə səs. filankəsdi danışan, bəli mənəm,kimdi bəs. mənmi,sizi çox sevən, incə gözəl bir xanım. zarafatı buraxın, elə şey olmaz canım. adımı da düz deyir- yerimi də düz deyir. dünən qəzetdə çıxan, şerimi də düz deyir. deyir ki,o yazdığın, şerin ünvanı mənəm. ruhu,ürəyi,qanı, nəfəsi,canı mənəm. şəkildən oğlum baxır, gülümsünür xəlvəti. özümü toplayıram, qətiyyən..olmaz,qəti. əlim-qolum boşalır, bu səs məni süst edir. qəfil qopan tufantək, hər şeyi alt-üst edir. telefonun o başı, bir anda bahar olur. qaranlıq yoxa çıxır, bir aydın səhər olur. elə həyəcanlıyam, bu nə sirdi,nə kələk. səs də çox ilahidi, ya şeytandı,ya mələk. mən nəyin həsrətində, mən nəyin savaşında.. şəkildən oğlum baxır, oğlum körpə yaşında.. dinir gülüş,dinir səs.. şair batıb qəmə ki. özümü toplayıram, əşşi,cəhənnəmə ki...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/evde-tekem-qefilden/