Şeir · Azərbaycan
Dərdimi sıyırmağa,
Dərdimi sıyırmağa, Yoxdu bir rəndə adam. Adammı tapmaq olar, Bu qatı çəndə,adam..
Çox işləri yaş gördüm, Ayaqları baş gördüm, Adamdan çox daş gördüm, Mən bu vətəndə,adam..
Gördüyüm divar ətdi, Ətdi hər nə var,ətdi, Bir torba murdar ətdi, O boyda təndə adam.
Əllində-yüzündə öl, Sifətin üzündə öl, Get çölün düzündə öl, Gəl ölmə məndə,adam..
Birdi ucuzum-baham, Tərəzi çəkməz aham.. Bəs deyirdin Allaham, Nə oldu bəndə,adam..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/derdimi-siyirmaga/