1423 poems to discover

Poems

Find a verse that stays with you.

Read the opening lines. Follow the ones that speak to you.

721–744 of 1423 poems

  1. Gedək bu zülmətin əlindən çıxıb,

    Səhərin gözünə dan aparmağa, Şahlara-xanlara layiqəm demə, Qoymaram şah alıb,xan aparmağa.

    Azərbaycan20 lines

  2. Tanrım, bizi unutmusan elə bil,

    Heç olmasa bircə dəfə an dedim. İzzətinə-cəlalına söz gəlir, Zədələnir qoruduğun şan dedim.

    Azərbaycan20 lines

  3. Sevdam çox yürümədi,

    Birinci turda bitdi. Körpə bir quzu idi, Yedirtdim qurda bitdi.

    Azərbaycan6 lines

  4. İlahi boş şeydi yerdəki yerlər,

    Sən mənə nə ocaq,nə pir yeri ver. Qəlbindən-könlündən yaxşı yer olmaz, Mənə verirsənsə o bir yeri ver.

    Azərbaycan36 lines

  5. gecə saat 3.50

    şəhərdə seyrək duman. əlimdə bir siqaret, başımda min bir güman. çəkinmədən araya

    Azərbaycan17 lines

  6. Yedim bu dəfə də acı rüzgarı,

    Döşəyir başıma Murovun qarı, Şahmat taxtasının piyadaları, Barı, heç olmasa at olaydınız..

    Azərbaycan4 lines

  7. Bərkəti azalmır heç,

    Hərə bir az kəsib yeyir. Ümid yağlı bir tikədir, Varlı yeyir,kasıb yeyir.

    Azərbaycan12 lines

  8. Aşıq Qurban zəng etmişdi bu axşam,

    Limitini sıfırladı qaz, dedi. Day, şairim bundan yaxşı nə olsun, Eləməyək hökumətə naz, dedi.

    Azərbaycan40 lines

  9. Neynəmişəm, yar mənə, pis-pis baxır,

    Sevgili dildar mənə pis-pis baxır.. Qışda da qəlbimdə bahar görsənir, Şaxta, soyuq, qar mənə pis-pis baxır.

    Azərbaycan16 lines

  10. Bu yol kəndimizə aparır məni,

    Uzaqdan görürəm qarlı dağları. Qoy hələ dodağım üzünə dəysin, Öpəcəm doyunca bal bulaqları.

    Azərbaycan28 lines

  11. Çətin deyil düzəlməsi işlərin,

    Söyüd dönüb badam olsa düzələr. Hərə bir az eşşəkliyi buraxıb, Hərə bir az adam olsa düzələr..

    Azərbaycan4 lines

  12. Qanlı döyüşlərdə olmuşam mən də,

    Yaxından görmüşəm müharibəni. Gecənin bağrından qopan güllələr, Axtarıb,axtarıb tapmayıb məni.

    Azərbaycan32 lines

  13. Yüz dəfə dilimdən çəksə də dara,

    Ağın ağ adı var, qaranın qara.. Mən elə şeylərin sahibiyəm ki, Gözümdə heç nədi, maşın-ev-para...

    Azərbaycan4 lines

  14. Gəl hərdənbir biz tərəfə,

    Küçələrin yadına düş. Siqaretə başlamışam, Mən çəkim, sən oduna düş..

    Azərbaycan41 lines

  15. Adını astaca pıçıldayıram,

    Soyuq bir gecədə əsgər andıtək.Köhnə yaraların üstünü örtür,İsti bir aldanış yara bandıtək.

    Azərbaycan37 lines

  16. Boğazımı bir udum,siqarla yaşlayıram.

    Sözümü sənnən açıb,səninlə başlayıram.Allahı çağırıram,şeytanı daşlayıram.Bəzən olur özümdən-özümü dışlayıram.

    Azərbaycan52 lines

  17. Payız bığıburma bəy kimi gəlib,

    Ağaclar hamısı gərək soyuna! Bulud yağışların vizit kartıdı, Üfüqlər çəkilib qızıl suyuna..

    Azərbaycan4 lines

  18. Ağrılara, acılara yem oldu,

    Mənim gözəl, mənim daddı ürəyim.. İndi soyuq yataqlarda sürünür, Bir zamanlar quş qanaddı ürəyim..

    Azərbaycan36 lines

  19. Əl verməz hər kaman, hər qopuz mənə,

    Mənim mizrabıma hər sim açılmaz. Azdırıb dilini bir naşı çoxdan, Min cür açar salsam, tərsim, açılmaz.

    Azərbaycan24 lines

  20. Tərpədibsən qəlbimdəki min simi,

    Dindiribsən sinəmdəki tarı, qız. Hansı rəssam çəkə bilər hissini, Arzuları yarı gəlin, yarı qız..

    Azərbaycan24 lines

  21. Mən ölərəm hamınızın yerinə..

    Ev olaram evinizin yerinə, Dam olaram damınızın yerinə. Çəkinmədən ürəyimi çıxardıb,

    Azərbaycan25 lines

  22. Bir qocanın oynuna çox baxmışam,

    Mən bilirəm kim-kimə "mat"lar verib.Qəhr olaq ey, təkcə yüz ildən bura,Qeyrətimiz yüz yerə çatlar verib..

    Azərbaycan28 lines

  23. Bilıirsənmi ürəyimdə nə qədər,

    O illərin xatirəsi var hələ. Onda təzə gül açırdı ağaclar, Dəyməmişdi heyva hələ, nar hələ.

    Azərbaycan24 lines

  24. Ad tapa bilmirəm bu qısqanclığa,

    Yediyim-içdiyim zəhərə dönüb. Bir dənə salamat küçəsi yoxdu, Ürəyim xaraba şəhərə dönüb.

    Azərbaycan28 lines