All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bir qocanın oynuna çox baxmışam,

Ayaz Arabaçı

Bir qocanın oynuna çox baxmışam,Mən bilirəm kim-kimə "mat"lar verib.Qəhr olaq ey, təkcə yüz ildən bura,Qeyrətimiz yüz yerə çatlar verib..

Sayqı duyub,süfrə açıb şər-şərə,Xain adamlarla olub məşvərət,Çəkməyin övlad,bizi çox məşhərə,Fürsəti əldən itə atlar verib..

Gör neçə illərdi tamam dilxoruz,Ortası düşmüş yabıtək şilxoruz,Yüklə aparsın "veş"ini çil xoruz,Kim ki,bizə bunca fəsadlar verib..

Bir daha dözməz ürəyim cəbrimə,Gül qoyan olmaz bilirəm qəbrimə,Lənət oxur cümlə-cahan səbrimə,Ol səbəbindən ki,təzadlar verib..

Üstünə çıxmış vəli,alt,haqlığın,Bəxti açılmış qoca-qaltaqlığın,Ölkəyə bir bağbanı yaltaqlığın,Hər kəsə məlum necə zadlar verib..

Atdı,çıxıb zərxanada "şeş" biri,Yatdı bütün ömrünü həm,"leş" biri.Boynuna almır düdüyün heç biri,Guya gedib torpağı yadlar verib..

Tarixə çox Nəmrudu-nəmur gəlib..Səs yayılıb məhləyə ləmur gəlib..Şəlpəqulaq hansısa məmur gəlib,Bir para "kazyol"lara "ad"lar verib..

Published online