1423 poems to discover

Poems

Find a verse that stays with you.

Read the opening lines. Follow the ones that speak to you.

745–768 of 1423 poems

  1. Dünən axşam üstü

    köhnə bir dostumu da götürüb sehrli bir qüvvənin təsiri altında içməyə getdim.

    Azərbaycan36 lines

  2. Bir mənim qəlbimə bax,gör nə şikayətlər var,

    Demə,çoxdankı qədim,köhnə hekayətlər var.Bir kitabdır ürəyim,kim,sənə nazil olmuş,Burda bitkin və gözəl,yepyeni ayətlər var.

    Azərbaycan14 lines

  3. Akademik oldular,

    Bütün plagiatlar. Bu vətəndə adamın, Bağrı bir günə çatlar..

    Azərbaycan4 lines

  4. Qədrini bilsəydik xanım olardı,

    Bilmədik,həsrətə kənizdi elə... Nə olsun düşməyib xəritələrə, Bu qızın gözləri dənizdi elə..

    Azərbaycan4 lines

  5. Bala bal deyirəm, zəhərə zəhər,

    Dilim lal dayanıb, lal dura bilmir. Mənim kişiliyim, mənim mənliyim, Bu gün çoxlarıtək mal dura bilmir..

    Azərbaycan28 lines

  6. çıxdı sonuna hicran

    mən adlı bir qulun da. --heç olmasa gəl dayan, ölmüş ümidlərimin fəxri qarovulunda..

    Azərbaycan4 lines

  7. Adam bir də qəfil sevə,

    Bir dərdini üç eləyə. Olan-qalan ürəyinə, Zor eləyə-güc eləyə.

    Azərbaycan20 lines

  8. 18 OKTYABR günlərin ən gözəli..

    Günlərin ən qəşəngi, günlərin ən özəli. Bayrağımı, adımı səmalara ucaldan, Böyük Məmmədəminin öz nəfəsi, öz əli..

    Azərbaycan4 lines

  9. Sənə tərəf gəlirəm,

    Gözlərini yumursan.. Nə günah etmişəm ki, Məndən tövbə umursan..

    Azərbaycan4 lines

  10. Məmləkətdə ancaq yağın-

    Ətin qiyməti qalxar. Adamlığın-insanlığın, Çətin, qiyməti qalxar..

    Azərbaycan4 lines

  11. Çox elə əzizləmə,ürəyində bu eşqi,

    Bir gün çıxıb gedəcək canında ayrılıq var. Gözlərini bağlayan ən gözəl sərxoşluğun, Ən gözəl çırpıntının qanında ayrılıq var.

    Azərbaycan20 lines

  12. Bu şeirdə adını çəkmədim.

    Çəkmədim, adamlar rahat nəfəs alsın deyə, sətirlər rahat nəfəs alsın deyə,

    Azərbaycan35 lines

  13. Bakının dərdi var, Bakı xəstədir,

    Könül intizarda, göz yol üstədir...Soyuq divarlarda güllə nişanı.Didir, parçalayır, insan insanı.

    Azərbaycan56 lines

  14. Sən bu yaltaqlıqla, bu tulalıqla,

    Ancaq öz könlünü xoş eləmisən. Qatıb-qarışdırıb pisi yaxşını, Özün bilə-bilə xaş eləmisən.

    Azərbaycan32 lines

  15. Daşıyıb göyləri kürəklərində,

    Havanı öpürdü, qucurdu quşlar.Şəhərin yarımcan küləklərində,Gözləri yumulu uçurdu quşlar.

    Azərbaycan55 lines

  16. Tanrı nahaq göndərir, bizə yağışı qarı,

    Biz onsuz da min ildir gözü nəm yaşayırıq. Qolumuzun gücü yox, səsimizin vüqarı, Zilə limit qoyublar, zili bəm yaşayırıq.

    Azərbaycan24 lines

  17. Yarıb keçər dan kimi,

    qara qaranlıqları, Keçər sərhəd boyunca keçər,qanlı şırımtək. Bürüyər göy üzünü üçrəngli bayraqları,

    Azərbaycan57 lines

  18. Sönməyibdi gözündəki o od, o işıq,

    Sinəndədi acı- şirin neçə xatirəm. Külək səni yaşadığın küçəqarışıq, Bir gün qatıb qabağına mənə gətirər.

    Azərbaycan28 lines

  19. Göydə uçan o quş da,

    Suda üzən o balıq da, Yerdə sürünən o ilan da Tanrının sir-sifətinin qırışığının

    Azərbaycan41 lines

  20. Burda gülmü qalar,çiçəkmi qalar,

    Min oyun açıblar bağın başına.. Bülbülün,turacın yerində qazdı, Daha and içirlər vağın başına.

    Azərbaycan20 lines

  21. Hər ömrün başında bir nöqtə durur,

    Ya ucuz adladın, ya baha çəkin.Dünənin işini basın arxivə,Bu günün işini sabaha çəkin..

    Azərbaycan24 lines

  22. Qəlbim bir kərə də heç olmamış ram,

    Düzü xəcalətəm sənin yanında. Köhnə qayıq kimi batıb-çıxıram, Hər gün o illərin burulğanında..

    Azərbaycan28 lines

  23. Daha ipə-sapa yatır bu dəli,

    Daha o qədər də üzü tərs deyil. Danışa bilirsən,bir az da danış, Danış bir azca da,mənə bəs deyil..

    Azərbaycan24 lines

  24. Günəş

    28 may səhəri doğdu.Nağıllarda olduğu kimi zülmətləri boğdu.Bakının küçələrində külək üç rəngdə əsdi.

    Azərbaycan98 lines