Poem · Azərbaycan
Sən bu yaltaqlıqla, bu tulalıqla,
Sən bu yaltaqlıqla, bu tulalıqla, Ancaq öz könlünü xoş eləmisən. Qatıb-qarışdırıb pisi yaxşını, Özün bilə-bilə xaş eləmisən.
Nə gündüz bilirsən, nə də ki, gecə, Var-yoxun bank gedir, almırsan vecə, Necə bacarmısan bu işi, necə- Necə, sifətini daş eləmisən.
Milli düşüncəyə, əxlaqa yadsan, Analiz ver bilək nə cürə zadsan, Atadan eşşəksən, anadan atsan, Hamını çaşdırıb çaş eləmisən.
Yoxdu qurd ağızlı igid törəndə, Özüntək cındırlar çoxdu yörəndə, Elə dartınırsan adam görəndə, Guya ki, karbonu "haş" eyləmisən.
Boş yerə tökülür gözünün nuru, Yoxdu sifətində kişi qüruru, Baxma ki, hər sudan çıxırsan quru, Sən çoxdan altını yaş eləmisən.
Sənə gülünc gəlir ah-nala, çaqqal, Min dəfə iz azdır, mahnala, çaqqal, Gah mıxa vurmaqla, gah nala çaqqal, Özün - öz içini faş eləmisən.
Yavaş get, həm də ki, yolun sağıyla, Yumublar ağzını pul bulağıyla, Qreçka yeyirdin it qulağıyla, Onu da səbzəli aş eyəmisən.
Unutdun fənada haqqı rəsulnan, Çirkin, üfunətin getməz qüsulnan, Əslində məlumdu hansı üsulnan, Özünü gündəmdə baş eləmisən..
Published online
Source: https://ayazarabaci.com/writing/sen-bu-yaltaqliqla-bu-tulaliqla/