Poem · Azərbaycan
Bu şeirdə adını çəkmədim.
Bu şeirdə adını çəkmədim. Çəkmədim, adamlar rahat nəfəs alsın deyə, sətirlər rahat nəfəs alsın deyə, güllər və ətirlər rahat nəfəs alsın deyə. Gözlərini olduğu kimi yazdım. Niyəmi? Sənin gözlərinlə baxdığım üçün. Gözlərini eynəyim kimi taxdığım üçün.. Nömrən də yoxdu ki, zəng edim. Məcburam həsrətini yazım rəngarəng edim.. Çəkdim bu şeirdən geri telefon zənglərini.. Göy qurşağının rənglərini. Öldürdüm bu şeirdə səni yüz dəfə. Öldürdüm ağlaya bilmədim. Getmək istəyəndə get, gəlmək istəyəndə gəl Sənə aid qapıları bağlaya bilmədim.. Payız günəşi kimisən, isitmirsən, üşüməyə də qoymursan.. buludlarda gizlənməkdən doymursan. Mən xatırlamağı seçdim, sən unutmağı seç. Əsla və qətiyyən pis olma heç. Qəlbimdə tutduğun yerin şeiridi bu, gözlərinin səsidi. İkimizin bəsidi..
Published online
Source: https://ayazarabaci.com/writing/bu-seirde-adini-cekmedim/