Poem · Azərbaycan
Bu səsdə nə yoxdu ki..
Bu səsdə nə yoxdu ki..
Bu səsdə düz min illik,Şirinim var,acım var..Qızıl saçlı qopuzum,Zümrüd qaşlı tacım var.Hansı üzünə desən,Həsrətim var,acım var.Könlü dağlı anam var,Gözü yaşlı bacım var.Düyün düşmüş taleyim,Bəyazlamış saçım var.Yad əllərdə qıvrılan,Xocalı var,Laçın var.Bu səsdə nə yoxdu ki...
Ərdəbilə,Təbrizə,Yaramın üstən keçir.Ağrıların ziliniKövrəldib pəsdən keçir..Keçilməyən dərsləri,Qayıdıb qəsdən keçir.Neçə arzudan qopur,Neçə həvəsdən keçir.Alıb gedir adamı,Ömür qəfəsdən keçir.Ürəyə zərrə-zərrə,Qandan,nəfəsdən keçir.Kür bu səsdə dolanır,Araz bu səsdən keçir..Bu səsdə nə yoxdu ki...
Ər oğula silahdı,Gül bəbəyə bələkdi.Səs deyil,başımıza,Od ələyən fələkdi.Çiçəklərdən hörülmüş,Bal ətirli çələngdi.Qayalara sığınmış,Bir yaralı pələngdi.O qədər çaları var,Bilinmir ki,nə rəngdi..Hava kimi,su kimi,Bu səs bizə gərəkdi.Bu səsdə nə yoxdu ki.
Nəyi harda itirdik,Hamıya agah,bilir.Bu səsdə nə yanğı var,"Şur" bilir,"Segah" bilir.Hər əzabı pir sayır,Hər ağrını şah bilir.Biz niyə bu gündəyik,Çəkdiyimiz ah bilir.Bu səsin bizə qəsdi,Nədisə Allah bilir..Bu səsdə nə yoxdu ki…
Published online
Source: https://ayazarabaci.com/writing/bu-sesde-ne-yoxdu-ki/