All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bir mənim qəlbimə bax,gör nə şikayətlər var,

Ayaz Arabaçı

Bir mənim qəlbimə bax,gör nə şikayətlər var,Demə,çoxdankı qədim,köhnə hekayətlər var.

Bir kitabdır ürəyim,kim,sənə nazil olmuş,Burda bitkin və gözəl,yepyeni ayətlər var.

Tutmaram bir də bu miskin həyatı dördəlli,Məni xoşbəxt eləyən hansı səadətlər var...

Mənə qalsaydı gedib çoxdan adam olmuşdum,Amma qarşımda rəzil,köhnə,pis adətlər var.

Adımın üstə vətən istəsə toz qondurmaz,Məni müsbət tutacaq xeyli əlamətlər var.

Sənə dün yazdığım ol şeri yaxıb kül etdim,Çünki gördüm yenə də köhnə bəlağətlər var..

Göz yaşın matəmimin ilkin hazırlıqlarıdır,Ölürəm,axirimə bir neçə saətlər var...

Published online