1423 poems to discover
Poems
Find a verse that stays with you.
Read the opening lines. Follow the ones that speak to you.
505–528 of 1423 poems
Açıq idi qapın-bacan, pəncərən,
Gəldim-getdim,qorxun-hədən olmadı.. Ünvanımı ürəyinə köçürdüm, Ürəyimdə başqa vətən olmadı..
dur bir az əl tərpət, yır-yığış elə,
qəlbimi toz basıb, yaman pintisən. kimə toxutmusan bu gözəl toru, hansı mühəndisin labirintisən.
Hamı ağrısını içində çəkir,
Üzündən heç kimin qəmi görünmür. Bizə kömək olan dayı tapılmır, Bizə yiyə duran əmi görünmür.
Gileyindən olsam belə,
Dəng.. Səndə bəxtim gətirib. Könlün nə vaxt istəsə vur
Bu zəmini göz yaşımla suladım.
Sünbülündə dən olanda gələrsən. Hələ tezdi,o səndəki yaralar, Məndəkinə tən olanda gələrsən..
Yeri gəlmişkən..
Bir gün bitər bu dərdlər, Sönməz ümid şamımız. Vətən sağ olsun deyib,
Adını ürəyimdən silmək də istəyirəm,
Silmək də istəmirəm.Günahımı dilindən bilmək də istəyirəm,Bilmək də istəmirəm.
Məni hər vaxt dar ayaqda,
Birinci dostlar buraxdı.Sonra isə can dediyim,Candan əziz yar buraxdı.
Aradabir topalaşıb baş-başa,
Kimə hürür yalaqdakı kişilər.. Bu vətəni oğul kimi sevəmməz, Ordan-burdan calaqdakı kişilər.
Cansıxıcı şeir..
Onsuz da. Onbirsiz də.. Onikisiz də...
Doludur şəhərin içi dərd ilə,
Amma ki, çölünü bəzək yandırır. Daş düşüb dünəndən qazın başına, İsmayıl Bakıda təzək yandırır.
Ən gözəl, ən şirin sevgidən ötrü,
Həm yara düzəltdim, həm duzu tapdım. Ömrümün əllinci baharınadək, Min ağrı yaşadım, min sızı tapdım..
Qəhrəman deyilsən dara çıxasan,
Ağ yuyub sərələr, qara çıxasan,Durub, xarabada hara çıxasan,Böyüyə-kiçiyə hörmət də yoxdur..
Səndən möcüzələr gözləyirəm mən,
Hərbi möcüzələr,unutma bunu.Sənə tapşırıram o bayraq,o sən..Sən özün bilirsən kim olduğunu.
Didirik-yeyirik bir-birimizi,
Hələ ki,işləri yağıq, İlahi. Üzdə qartal deyib çox öyünürük, Amma ki,qarğayıq-vağıq,İlahi..
İçimdəki bu yanğıdan,
Közdən itmək istəyirəm. Küləklərə yoldaş olub, Gözdən itmək istəyirəm.
Azalırmı içindəki sıxıntı,
Dərə, təpə, yal gözünə dəyirmi..Sıyrılıbdı boz dumandan talalar,Qoyun-quzu, mal, gözünə dəyirmi.
Könlüm səni bir dəli ehtirasla gözləyir,
Lap elə acıqlanıb unut deyəndə də,gəl. Məndən ötrü nə qanun,məndən ötrü nə qayda.. Alma deyəndə də gəl,armud deyəndə də gəl..
Həyat məni bez kimi istifadə elədi,
Baxmadı ki, mən onun ipək-sətin oğluyam.. Ona görə bu qədər ağrı-acı yaşadım, Ona görə bu qədər müsibətin oğluyam.
Dərdə dərman tapılmır,
Azar od tutub yanır. Ölən yazıq neynəsin, Məzar od tutub yanır.
Atam biləndə ki, şeir yazıram,
Əlini çiynimə qoyub astaca, Baxıb gözlərimə, dedi ki, bala, Bircə misra olsun, lap qoy olsun az,
Şair, otur lal-dinməz,
Burda səsin çıxmasın.. Bu talanıb qəhr olan, Yurda, səsin çıxmasın..
Bu nə məhəbbətdi, bu nə sevgidi,
Bütövə toxunma, paraya dəymə.?. Yəqin ki, düşməzdi bir şey bilməsə, Düşübdü ayrılıq araya, dəymə.
Xəzər dənizi:
Şair, məni hər tərəfdən çəpərləyiblər, Sözün düzü, şər tərəfdən çəpərləyiblər.
A different place to begin
No poems found.
Try a shorter phrase or clear a filter.
Search is temporarily unavailable. You can still browse the poems below.
Saved on this browser. No account needed.