Poem · Azərbaycan
Bu zəmini göz yaşımla suladım.
Bu zəmini göz yaşımla suladım. Sünbülündə dən olanda gələrsən. Hələ tezdi,o səndəki yaralar, Məndəkinə tən olanda gələrsən..
Ayrılıqdı əzdirən də,əzən də, Çox aldanma nə yuxuya,nə zəndə, Divarlardan tuta-tuta gəzəndə, Gözlərimdə çən olanda gələrsən..
Susqunluğun qulağımı dəng edib.. Axtararsan ara-sıra zəng edib, Gözləyirəm möhlətim var,sən gedib, O qabaqkı sən olanda gələrsən.
Allah olsun,şeytan olsun köməyin, Çox olubdu bu həsrətdə əməyin, Çətin olsa sağlığımda gəlməyin, Bir daş dönüb mən olanda gələrsən..
Published online
Source: https://ayazarabaci.com/writing/bu-zemini-goz-yasimla-suladim/