Kəşf etmək üçün 1423 şeir

Şeirlər

Yaddaşınızda qalacaq bir misra tapın.

İlk misraları oxuyun. Sizə yaxın olan şeirləri kəşf edin.

1423 şeir: 505–528

  1. Açıq idi qapın-bacan, pəncərən,

    Gəldim-getdim,qorxun-hədən olmadı.. Ünvanımı ürəyinə köçürdüm, Ürəyimdə başqa vətən olmadı..

    Azərbaycanca28 misra

  2. dur bir az əl tərpət, yır-yığış elə,

    qəlbimi toz basıb, yaman pintisən. kimə toxutmusan bu gözəl toru, hansı mühəndisin labirintisən.

    Azərbaycanca24 misra

  3. Hamı ağrısını içində çəkir,

    Üzündən heç kimin qəmi görünmür. Bizə kömək olan dayı tapılmır, Bizə yiyə duran əmi görünmür.

    Azərbaycanca24 misra

  4. Gileyindən olsam belə,

    Dəng.. Səndə bəxtim gətirib. Könlün nə vaxt istəsə vur

    Azərbaycanca32 misra

  5. Bu zəmini göz yaşımla suladım.

    Sünbülündə dən olanda gələrsən. Hələ tezdi,o səndəki yaralar, Məndəkinə tən olanda gələrsən..

    Azərbaycanca16 misra

  6. Yeri gəlmişkən..

    Bir gün bitər bu dərdlər, Sönməz ümid şamımız. Vətən sağ olsun deyib,

    Azərbaycanca43 misra

  7. Adını ürəyimdən silmək də istəyirəm,

    Silmək də istəmirəm.Günahımı dilindən bilmək də istəyirəm,Bilmək də istəmirəm.

    Azərbaycanca51 misra

  8. Məni hər vaxt dar ayaqda,

    Birinci dostlar buraxdı.Sonra isə can dediyim,Candan əziz yar buraxdı.

    Azərbaycanca24 misra

  9. Aradabir topalaşıb baş-başa,

    Kimə hürür yalaqdakı kişilər.. Bu vətəni oğul kimi sevəmməz, Ordan-burdan calaqdakı kişilər.

    Azərbaycanca20 misra

  10. Cansıxıcı şeir..

    Onsuz da. Onbirsiz də.. Onikisiz də...

    Azərbaycanca4 misra

  11. Doludur şəhərin içi dərd ilə,

    Amma ki, çölünü bəzək yandırır. Daş düşüb dünəndən qazın başına, İsmayıl Bakıda təzək yandırır.

    Azərbaycanca4 misra

  12. Ən gözəl, ən şirin sevgidən ötrü,

    Həm yara düzəltdim, həm duzu tapdım. Ömrümün əllinci baharınadək, Min ağrı yaşadım, min sızı tapdım..

    Azərbaycanca20 misra

  13. Qəhrəman deyilsən dara çıxasan,

    Ağ yuyub sərələr, qara çıxasan,Durub, xarabada hara çıxasan,Böyüyə-kiçiyə hörmət də yoxdur..

    Azərbaycanca40 misra

  14. Səndən möcüzələr gözləyirəm mən,

    Hərbi möcüzələr,unutma bunu.Sənə tapşırıram o bayraq,o sən..Sən özün bilirsən kim olduğunu.

    Azərbaycanca44 misra

  15. Didirik-yeyirik bir-birimizi,

    Hələ ki,işləri yağıq, İlahi. Üzdə qartal deyib çox öyünürük, Amma ki,qarğayıq-vağıq,İlahi..

    Azərbaycanca28 misra

  16. İçimdəki bu yanğıdan,

    Közdən itmək istəyirəm. Küləklərə yoldaş olub, Gözdən itmək istəyirəm.

    Azərbaycanca4 misra

  17. Azalırmı içindəki sıxıntı,

    Dərə, təpə, yal gözünə dəyirmi..Sıyrılıbdı boz dumandan talalar,Qoyun-quzu, mal, gözünə dəyirmi.

    Azərbaycanca36 misra

  18. Könlüm səni bir dəli ehtirasla gözləyir,

    Lap elə acıqlanıb unut deyəndə də,gəl. Məndən ötrü nə qanun,məndən ötrü nə qayda.. Alma deyəndə də gəl,armud deyəndə də gəl..

    Azərbaycanca4 misra

  19. Həyat məni bez kimi istifadə elədi,

    Baxmadı ki, mən onun ipək-sətin oğluyam.. Ona görə bu qədər ağrı-acı yaşadım, Ona görə bu qədər müsibətin oğluyam.

    Azərbaycanca24 misra

  20. Dərdə dərman tapılmır,

    Azar od tutub yanır. Ölən yazıq neynəsin, Məzar od tutub yanır.

    Azərbaycanca12 misra

  21. Atam biləndə ki, şeir yazıram,

    Əlini çiynimə qoyub astaca, Baxıb gözlərimə, dedi ki, bala, Bircə misra olsun, lap qoy olsun az,

    Azərbaycanca54 misra

  22. Şair, otur lal-dinməz,

    Burda səsin çıxmasın.. Bu talanıb qəhr olan, Yurda, səsin çıxmasın..

    Azərbaycanca24 misra

  23. Bu nə məhəbbətdi, bu nə sevgidi,

    Bütövə toxunma, paraya dəymə.?. Yəqin ki, düşməzdi bir şey bilməsə, Düşübdü ayrılıq araya, dəymə.

    Azərbaycanca20 misra

  24. Xəzər dənizi:

    Şair, məni hər tərəfdən çəpərləyiblər, Sözün düzü, şər tərəfdən çəpərləyiblər.

    Azərbaycanca40 misra