Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Xəzər dənizi:

Ayaz Arabaçı

Xəzər dənizi:

Şair, məni hər tərəfdən çəpərləyiblər, Sözün düzü, şər tərəfdən çəpərləyiblər. Bir bax , dəli dalğalarım quzuya dönüb, Nəyim varsa işbazlara ruzuya dönüb. Əldə qılınc başım üstə hazır durublar, Qollarıma əlli yerdən qandal vurublar. Hamı məndən baş götürüb gedib küsüb, a Utanıram hər baxanda kasıb-kusuba. Yox, mənim də gücüm çatmır heç kimə daha. Qurban olum tellərinə incimə daha. Kimdi belə təbiəti qamarlayanlar? Mən: kim olacaq ,yağı-əti qamarlayanlar. Xəzər dənizi: -Heç bilmədim bu vətəndə nəydi ki, cəzam, Beş on nəfər harın üçün şəxsi hovuzam. Çırpınıram ağlayıram bu dar qəfəsdə, Qəsb eləyib hər yerimi bir neçə xəstə. Neçəyədi bilirsənmi adamın biri, Mən deyəcəm, sən heç kimə demə, bax, kiri. Sən bilərsən bu nə yükdü, nə bərxanadır. Şair başqa hansı dəniz çəpərxanadır. Başqa harda sırtıq-sırtıq üzə dururlar, Suya harda divar hörüb qıfıl vururlar. Şair, mənim ürəyimdən qara qan axır, Sən bilərsən Allah baba haraya baxır. mən: Yəqin nəsə mələklərnən başı qarışıb..

Saytda dərc olunub