Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Məni hər vaxt dar ayaqda,

Ayaz Arabaçı

Məni hər vaxt dar ayaqda,Birinci dostlar buraxdı.Sonra isə can dediyim,Candan əziz yar buraxdı.

Batmaz dedim,batdı qanım,Niyə yanım-kimə yanım,Nə qalmağı çəkdi canım,Nə getməyə ar,buraxdı.

Keçəmmədim tabuları,Çıxdı sözün babıları..Ürəyimin qapıları,Soyuq çəkdi,qar buraxdı.

Qan ağladım zarı-zarı..Baxmadılar mənə sarıTanrı niyə adamları,Yer üzünə kar buraxdı.

Dərd doğuldu,dərd içindən,Yolum qandan,atım cindən,Dərdim göyə sevincindən,Fişəng atdı,şar buraxdı.

Yox ağında,qarasında,Ömür bunun harasında...Qollarımın arasındaHərə bir məzar buraxdı..

Saytda dərc olunub