Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Məni udan dərdlərin,

Ayaz Arabaçı

Məni udan dərdlərin, Boğazında zob çıxd. Göz yaşımdan yüz dənə, Kür düzəldi,Ob çıxdı.

Mey küpədim mey üstən, Vurub qaldım reysdən, Bir qız tapdım feysdən, İt qızı it, Bob çıxdı.

Ürək birdi pəri min.. Qiyməti yox dərimin, Bütün ümiddərimin, İçindən mikrob çıxdı.

Öldü o istək,həvəs, Öldü aldığım nəfəs, Başın sağ olsun qəfəs, Bu quş da hop-hop çıxdı.

Yuxuma xaş-xaş girdi, Aşqaralı aş girdi, Qapımdan bir baş girdi, Cibimdən bir top çıxdı.

Qəfil bir jest elədim, Hamıya "çest" elədim.. Özümü test elədim, Dediklərim gop çıxdı.

Saytda dərc olunub