Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Qəhrəman deyilsən dara çıxasan,

Ayaz Arabaçı

Qəhrəman deyilsən dara çıxasan,Ağ yuyub sərələr, qara çıxasan,Durub, xarabada hara çıxasan,Böyüyə-kiçiyə hörmət də yoxdur..

Üskük oynadanda Tur oğlu Turda,Mindilər hamını sonuncu turda,Fırtına çoxdannan yatıbdı burda,Sən deyən elə bir söhbət də yoxdur.

Tüpürüb, yalayıb, uda bilərsən,Hər kimi istəsən Xuda, bilərsən,Ağlına nə gəlsə tuta bilərsən,Zərrəcə qınaq da, töhmət də yoxdur.

Batırdı şeytanlar müqəddəs damı,Söndü könüllərdə Tanrının şamı,Zəhər tuluğuna dönübdü hamı..Heç kimdə bir qurtum şərbət də yoxdur.

Hər arzu çin çıxmır qızıl balıqda,İşim kəsirdədi, kefim qalıqda,Könlüm qan ağlayan xarabalıqda,Təbriz də uçulub, Dərbənd də yoxdur.

Kürsüdə div gördüm boyu bir çərək,Küt düşüb kündələr, boş qalıb xərək,İndi ayrı şeynən mırt tutaq gərək,Gilas da qurtarıb, səbət də yoxdur.

Başımın üstündə göy cırıq-cırıq..Gözümü yummuşdum elə bir qırıq,Gördüm ki, hamımız ot otlayırıq,Nöyüt də tükənib , sərvət də yoxdur.

Gizlədim başımı qanlı çətirdə,Oyuncaq ovladım oğluma tirdə,Bəzən görünsəm də üç-dörd sətirdə,Əslində həyatım hər bənddə yoxdur.

Sinəmiz yüz yerdən dağlıdı dədə,Bu hansı sarsağın ağlıdı dədə,Yollar hər tərəfdən bağlıdı dədə,Gedib darıxmağa qürbət də yoxdur.

Heç kimə açılmaz ruhumun kodu,Heç kimi hərləmir gözümün odu,Alnıma yazılan nədisə odu,Qorxum əzrayldan əlbəttə, yoxdur.

Saytda dərc olunub