Poem · Azərbaycan
Şair, otur lal-dinməz,
Şair, otur lal-dinməz, Burda səsin çıxmasın.. Bu talanıb qəhr olan, Yurda, səsin çıxmasın.. Yoxdu də yox, yoxdu hax, Uyarıram səni, bax, Mərsiyə de, ürək yax, "Şur" da səsin çıxmasın.. Boğ arzunu beşikdə, Yox ol evdən-eşikdən, Get gizlən bir deşikdə, Turda səsin çıxmasın.. Axşam-sabah vızılda, Öz havanda sızılda, Altdan-altdan mızılda, Gurda səsin çıxmasın.. Yola düşdü qafilə, Düşdü amma, nafilə, Oyanma İsrafilə, Surda səsin çıxmasın.. Tapmacadı həyat lap, Formulunu özün tap, Qoyunları minib çap, Qurda səsin çıxmasın..
Published online
Source: https://ayazarabaci.com/writing/sair-otur-lal-dinmez/