Poem · Azərbaycan
Hamı ağrısını içində çəkir,
Hamı ağrısını içində çəkir, Üzündən heç kimin qəmi görünmür. Bizə kömək olan dayı tapılmır, Bizə yiyə duran əmi görünmür.
Dağılıb nizamı,pozulub süsü, Timsah ağzındadı yağı-kürüsü.. Talayıb hər yeri donuz sürüsü, Ətəyi laləli zəmi görünmür.
Bir gör kimimiiz var it dəftərində, Çürüdük keçmişin adətlərində, Qeyrəti korşalıb ədədlərin də, Fərqi göz çıxardır,cəmi görünmür.
Mən də yarımadım xocam,bu nərddən, Tanrı düzəldibdi fərd özü,fərddən, Saz kimi çalıram könlümü dərddən, Mizrabı görünmür,simi görünmür.
Azadlıq yaxşıdı elə fon kimi, Dadlı qoğal kimi,güllü don kimi, Qalmışam adada Robinzon kimi, Hələ ki,xilaskar gəmi görünmür..
Minildik at kimi boyunçuluqda.. Birinci yerdəyik qoyunçuluqda, Hərə bir rol alıb oyunçuluqda, Adamlar olduğu kimi görünmür...
Published online
Source: https://ayazarabaci.com/writing/hami-agrisini-icinde-cekir/