All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Aradabir topalaşıb baş-başa,

Ayaz Arabaçı

Aradabir topalaşıb baş-başa, Kimə hürür yalaqdakı kişilər.. Bu vətəni oğul kimi sevəmməz, Ordan-burdan calaqdakı kişilər.

Doymaq bilmir bir məməni beş əmir, Elə bil ki, ac canavar leş əmir, Niyə gedib samanını gövşəmir, Yoncadakı-alaqdakı kişilər..

Boşalıdıblar havamızı təkərtək, Neyləsin ki, bu meydanda tək əl, tək.. İmkan vermir belimizi dikəldək, Ətəkdəki, balaqdakı kişilər..

Bitmək bilmir qara günə mərsiyə, Çıxart görüm, "Vandam" ını kürsüyə, Girov qoyub əndamını kürsüyə, Kəbindəki-talaqdakı kişilər.

Bu kamanmı, bu qopuzmu, bu tarmı... Könlüm daha heç bir şeydən qut,almır. Bir ifraza həll olunub qurtarmır, Böyrəkdəki, dalaqdakı kişilər,

Published online