Poem · Azərbaycan
Gileyindən olsam belə,
Gileyindən olsam belə, Dəng.. Səndə bəxtim gətirib. Könlün nə vaxt istəsə vur Zəng.. səndə bəxtim gətirib..
Sağ-sol yazdım əlif-beydə, Dərdim ötdü sazda, neydə, Gedib işim hər bir şeydə- Ləng.. Səndə bəxtim gətirib..
Eyni dadız, eyni tamız, Hər ikimiz bir adamız.. Mübarəkdi bu sevdamız.. Pək.. Səndə bəxtim gətirib..
Eşqi dəli çay bilirdim, Həp könlümü bay bilirdim, Yüzə kimi say bilirdim, Səksəndə.. Bəxtim gətirib..
Qaşı qara, gözü qara, Hör zülfünü döndər mara, Sonra onnan məni,dara, Çək.. Səndə bəxtim gətirib..
Bə dadmışam, bə duzmuşam, Sən yoxmuşsan, quduzmuşam.. Ömür boyu uduzmuşam, Tək.. səndə.. bəxtim gətirib.
Published online
Source: https://ayazarabaci.com/writing/gileyinden-olsam-bele/