All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Dərdə dərman tapılmır,

Ayaz Arabaçı

Dərdə dərman tapılmır, Azar od tutub yanır. Ölən yazıq neynəsin, Məzar od tutub yanır.

Siz ey gülü yovşanlar, Hallı- pullu dovşanlar, Ağzı çullu dovşanlar, Bazar od tutub yanır..

Nə desin bu söhbətə, Minibdi boş səbətə, Bu dərdə-müsibətə, Yazar od tutub yanır..

Published online