Kəşf etmək üçün 1423 şeir

Şeirlər

Yaddaşınızda qalacaq bir misra tapın.

İlk misraları oxuyun. Sizə yaxın olan şeirləri kəşf edin.

1423 şeir: 1201–1224

  1. İlahi, hökm elə şər yuvasını,

    Gəlib bir yenilməz ordu dağıtsın. Min dəfə sınadıq söz işə keçmir, Nöqtəsi zordusa, zordu..dağıtsın..

    Azərbaycanca20 misra

  2. Ad tapmırsan yaşantına,bilirəm,

    "Ahım bir gün dağ-daşı dələr"qoy.Ya nə bilim,gör ümidin qalıbsa,"Yəqin bir gün qayıdar qoy,gələr" qoy..

    Azərbaycanca21 misra

  3. Döyür qapımı,

    səssiz limanların axşamı. Bir az dənizəm, bir az yorğun gəmilərin xatirəsi. Gizlənib saatın təkərlərində

    Azərbaycanca37 misra

  4. Dünən, dedim tərgidim,

    bu zəhirmar şeiri,canımda can qoymayıb nədi axı xeyiri.beş-üç adam oxuya-ya da heç oxumaya.

    Azərbaycanca51 misra

  5. Bu hansı dənizdi suyu quruyan,

    Bu hansı limandı yan verir ölkəm. Bezdik yürüməkdən əl havasına, Zülmətə nə zaman dan verir ölkəm.

    Azərbaycanca20 misra

  6. Həsrətli yolların tozu sovrulur,

    Qarası, kürəni, bozu sovrulur,Donmuş gülüşlərin buzu sovrulur..Ümidlər qarışır dağ havasına.

    Azərbaycanca31 misra

  7. Necə istəyirlər bölürlər elə,

    Elə bil ev-eşik, küçə bölürlər.. İkiyə bölünmüş Azərbaycanı, İndi də alçaqlar üçə bölürlər..

    Azərbaycanca4 misra

  8. Fəqət bir gün,fəqət bir gün.

    Səbət bir gün,səbət bir gün.. Əvət bir gün,əvət bir gün..

    Azərbaycanca3 misra

  9. Ömürdü-gündü keçir,

    Məyus olmağa dəyməz. Bir qarın çörək üçün, Dəyyus olmağa dəyməz.

    Azərbaycanca4 misra

  10. Həkim tapşırıb ki,çölə çıxmayım,

    Sobam sozaldıqca kömür atıram. Bilmirəm nə qalıb heç, hesabımda, Kartına fələyin, ömür atıram.

    Azərbaycanca4 misra

  11. Gücümü toplayıb aşa bilmirəm,

    Mənə ən balaca təpə dağ gəlir. Elə yıxıblar ki,tutub-durmağa, Nə ətək tapılır,nə balaq gəlir.

    Azərbaycanca28 misra

  12. Mənim ümidimin şamı sönsə də,

    Günəşi götürüb hər il yaz gəlir.Həm könlüm açılır,həm üzüm gülür,Həm də ki,ruhuma ehtizaz gəlir..

    Azərbaycanca20 misra

  13. Aşıq qardaş, acqarına nə qədər,

    Bu torpağa məhəbbətdən danışaq. Acımızdan gözümüzə su enib, Gəl bir az da yağdan, ətdən danışaq.

    Azərbaycanca32 misra

  14. Od yağır Kiyevin gecələrinə,

    Od yağır Kiyevin küçələrinə. Od vurub sinəmi göynədir qəhər, Məhv olur, yox olur qədim bir şəhər..

    Azərbaycanca24 misra

  15. qollarımın

    arasını yetim qoy, sual vermə,cavab sorma gedim qoy.. dəli-dəli küləklərə

    Azərbaycanca32 misra

  16. Küləklər qapımda namə gözləyir,

    İlahi,nə yazım sənə bilmirəm. Elə yandırıb ki,məni bu həyat, Elə yandırıb ki,sönə bilmirəm.

    Azərbaycanca16 misra

  17. Dağınıqdı, qarışıqdı yazı stolum,

    Həvəs yoxdu toplamağa, yığışdırmağa.Balaca bir kənddən gəlib başladı yolum,Bu dünyanı bir otağa sığışdırmağa..

    Azərbaycanca32 misra

  18. Nəyin varsa gedəndə

    Məndə qoyub getmisən.. Demirsənmi burda bir, Bəndə qoyub getmisən..

    Azərbaycanca4 misra

  19. Axşam-sabah demədilər elə hey,

    İncə-incə,uzun-uzun əmdilər. Əmdilər ey,bu torpaqda nə varsa- Canavarlar quzu-quzu əmdilər.

    Azərbaycanca28 misra

  20. Sən daha da amansız ol yağıyla,

    Al əlindən nəyi varsa çək, gətir.Tanklarınla sağdan-sola şırımla,Sinəsində qaratikan ək, gətir..

    Azərbaycanca24 misra

  21. Əyildi 50-də havalı başım,

    Qalib gələmmədim vaxta şeirnən.. Yox daha,heç cürə qovuşmaq olmur, Nurlu bir taleyə-baxta şeirnən.

    Azərbaycanca28 misra

  22. Həkimnən-dərmannan qurduğu sabit,

    Halını qoruyur hərə birtəhər. Altından atını çəkib alıblar, Nalını qoruyur hərə birtəhər.

    Azərbaycanca32 misra

  23. Bir qız vardı həyatımda qabaqlar,

    Bir gün bəbir, bir gün quzu kimiydi.. Mən balaca çırağıydım, o isə, Qaymaq tutmuş dan ulduzu kimiydi..

    Azərbaycanca20 misra

  24. Birdən-birə böyüyüb budaqlanıb o rişə,

    Gözəl bir gün dadıyla ətirlənib sözlərim.Hələ ki, gec qalırsan, vəd verdiyin görüşə.Metronun çıxışına kilidlənib gözlərim.

    Azərbaycanca20 misra