Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Ad tapmırsan yaşantına,bilirəm,

Ayaz Arabaçı

Ad tapmırsan yaşantına,bilirəm,"Ahım bir gün dağ-daşı dələr"qoy.Ya nə bilim,gör ümidin qalıbsa,"Yəqin bir gün qayıdar qoy,gələr" qoy..

Mənim əlim bu savaşda yalındı,Gəlmək olmur məsafələr qalındı,Soruşsalar niyə belə alındı,Hər sualın qabağına "və"lər qoy..

İnan..hər kim məni sənə pisdəsə..Ağla,toxda,gözün hər gün sisdəsə,Birdən könlün tək keçirmək istəsə..Ad günümə bilirsənmi nələr qoy..

Heç demirsən uğur ola...çıxıram,Bu sevgidən bir az sola çıxıram,Ömrüm-günüm,uzaq yola çıxıram,Gözlərini axşam-sabah "ələr"qoy..

Həsrətimə viranlıqda oda verYaraların qanadıqca yoda ver,Xatirəlik nəyin varsa oda ver,Bu sevdanın anasını mələr qoy...

Saytda dərc olunub