Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Döyür qapımı,

Ayaz Arabaçı

Döyür qapımı, səssiz limanların axşamı. Bir az dənizəm, bir az yorğun gəmilərin xatirəsi. Gizlənib saatın təkərlərində gecikmiş qatarların səsi. Sən daha adam deyilsən mənimçün bir hissən... Hər yerdə arzuladığım pissən. Messencerə baxıram, nəsə yazmısan.. Gözlərimə ümid olma, hərfləri güclə seçirəm. Qəribədir, elə bil bir yuxunun içindən keçirəm. Aramızda bir qapı var Bir aləmdən o birinə açılan.. Sən o qapının o tərəfindəsən mən bu tərəfində. Bir vaxt ikimiz də eyni yuxuda idik. sən oyandın, mən qaldım. Döyür qapımı səssiz limanların axşamı… Pəncərəmə çırpılır duz qoxulu küləklər.. Telefonumda Son görünmən bir məzar daşı kimi dayanıb.. Əvvəllər bahar küləyi kimi ruhuma əsərdi. Adının qabağında yaşıl işıq yansaydı, bütün şəhərin elektriklərini kəsərdi.. Vizası xatirələrlə alınan ölkə kimisən. Suların üstündə yeriyən kölgə kimisən.. Döyür qapımı səssiz limanların axşamı. Saat yorğun bir xəstə kimi nəfəs alır otağımda. Qollarım sənə sarılmaq istəyən ac Ilan.. Aramızdakı o qapı hələ də ordadır. Bir aləmdən o birinə açılan…

Saytda dərc olunub