Şeir · Azərbaycan
Dözüb yaşamışam indiyə qədər,
Dözüb yaşamışam indiyə qədər, Gəl indən belə də nəfs,məni qurtar. Bəlkə ən uğurlu rəqəmim sənsən, Qoy sənə sarılım nəhs,məni qurtar.
Bu acı dünyanın nəyindən dadım, Dost kimi dostum yox,yad kimi yadım.. Balaca hörmətim,balaca adım, Eləmə heç kimnən bəhs,məni qurtar.
Təngisin nəfəsim qurumda,qoyma.. Ölür pərvanələr nurumda,qoyma.. Sən məni çıxılmaz durumda qoyma, Həyatdan aldığım dərs,məni qurtar.
Hər gecə gözümdən könlümə carsan.. Dağıldı fəryadım hər yana,karsan.. Mən axı bilirdim hardasa varsan.. Hardasan ay doğma səs,məni qurtar.
Bir gün bu sərgiyə bir baxan olar.. Mən olmam,amma ki,bu cahan olar.. İlahi,nə qədər imtahan olar, Götür qələmini,kəs,məni qurtar..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/dozub-yasamisam-indiye-qeder/