Kəşf etmək üçün 1423 şeir
Şeirlər
Yaddaşınızda qalacaq bir misra tapın.
İlk misraları oxuyun. Sizə yaxın olan şeirləri kəşf edin.
1423 şeir: 1225–1248
Bu səsdə nə yoxdu ki..
Bu səsdə düz min illik,Şirinim var,acım var..Qızıl saçlı qopuzum,
Ağaclar o qədər azaddılar ki,
Baxanda adamın ürəyi əsir.. Qınına çəkilib şimal yelləri, Çöldə Məmmədəmin küləyi əsir...
Elə bil ki,durmuşam
altında gur yağışın. dikilibdi üzümə sual dolu baxışın.
Hesabını bilməyəm, vaxtımın- saatımın,
Burnundan buxar çıxa, yel qanadlı atımın,Köhnə bir pencəyini tapıb-geyib atamın,Gedəm, üzü dağlara..
Soruşma kefimi gündə yüz dəfə,
Halım ortadadı,budu,xarabdı.Özüm də əriyib suya dönmüşəm,Ağlım da bir ovuc sudu,xarabdı.
Dəniz pəncərə kimi açılıbdı önümdə,
İlıq külək oynayır yaxamda kəpənəktək.Xumarlanırgünəşin odlu şüalarında
Məndən gözəl asılmağa həvəsli,
Səndən gözəl,dar ağacı,olammaz. Niyə mənə acı-acı baxırsan, Axı şirin belə acı olammaz.
Daha təmiz söhbətə,
Üzürxahlıq qalmayıb. Dərisini soyublar, Haqda haqlıq qalmayıb.
Kitabında demirmi ki,ilahi,
Heç bir zaman haq yedirtmə,haq yemə. Tutub bir gün gətirəcəm gözündən, Vicdan haqqı gətirəcəm, bax,yemə.
Əzizim şəhər yesin,
Hər axşam-səhər yesin. Xalqın malını yeyən, Məmurlar zəhər yesin.
Mən ömrü düz yola sürüklədikcə,
Qarşıma döngəsi-dalanı çıxdı. Arazlıq iş yoxdu,öz içimizdən, Ortaya ayrılıq salanı çıxdı..
Basmağa min düymə var,
Bircə barmağın altda. Çırpınırıq nə vaxtdı, Qanlı qarmağın altda..
Qurşunumda illər boyu ləngiyən,
Qızıl telli zəfər kimi susarsan. Kəlbətin də dodağını açammaz, Bir əbədi səfər kimi susarsan..
Xatirimə aradabir düşürdün,
Hər anımda var olmağa başladın. Nə müddətdi yaxın idik,dost idik, Birdən-birə yar olmağa başladın..
Çəkilmişdi gecələr ərşə yuxu,gözümdən,
Bir əsər qalmamışdı alov saçan sözümdən,Bir torba murdar əttək iyrənirdim özümdən,Sən indi bax,gör başım,haralara yüksəlir...
Yüz qadına əvəzsən,
Çox çalışqan xanımsan Mən papiros kişiyəm, Sən alışqan xanımsan.
Başını sal,işini gör deyirlər,
Ünvanıma hər tərəfdən irad var. Elə baxır səltənəti haramlar, Guya mənim sözlərimdə qrad var...
Bu xalqın əzəli kökünə döndük,
Bu xalqın əzəli soyuna gəldik.. Uca zirvələrə qonan bayrağın, Vurulub hüsnünə-boyuna gəldik..
Qardaş,ət cəhənnəm,balıq cəhənnəm,
Çörək batırmağa leço da yoxdur.. Çox da iinanmayın cənnətə-zada, Gedib görəcəksiz heç o da yoxdur..)
Ağır yük altında bükülüb, beli,
Qara gün çəkməkdən üzülüb canı. Təkcə daşnan, qumnan, sementnən olmur, Cənnətə çevirmək Azərbaycanı..
Başımızı sallayarıq aşağı,
Buğdamızı-darımızı döyərik.. Uzaqbaşı özümüzdən çıxanda, Qapımızı-barımızı döyərik..
Bu gün savaşdakı ərlər, igidlər,
Babəkin odundan-közündən doğub. Şuşadan Bakıya nur saçan günəş, Qartal oğulların gözüdən doğub..
Quruyubdu sinəmdə,
səsim,sözüm,avazım, Qarşımda boş kağızlar, yazım, axı nə yazım. Canımızda çürüyən min dərdi-azarımı,
Egey dənizindəyəm,
Mirvari ləpələrboyunbağı kimi dolanmışqayaların boynuna.
Başqa bir başlanğıc
Şeir tapılmadı.
Daha qısa ifadə yazın və ya filtri silin.
Axtarış müvəqqəti əlçatan deyil. Aşağıdakı şeirlərə baxa bilərsiniz.
Bu brauzerdə saxlanılır. Hesaba ehtiyac yoxdur.