Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Elə bil ki,durmuşam

Ayaz Arabaçı

Elə bil ki,durmuşam altında gur yağışın. dikilibdi üzümə sual dolu baxışın. gəl,ucundan tutub da ucuzluğa varmayaq. heç olmasa bu axşam, teatr çıxarmayaq. bilirəm,çox payım var çəkdiyin əziyyətdə. ağ bayraq qaldırmışam hazırkı vəziyyətdə. alışıbdı gözündə ulduzlar çətir-çətir. başım yaman ağrıyır bir acı,tünd çay gətir. bu həftə çox gərginəm çalış ki,həzm edəsən. bəlkə beş-on günlüyə anangilə gedəsən. kədərinin üstünə ayaq basa bilmirəm. nolar heç nə danışma qulaq asa bilmirəm. qapını ehmalca ört uşaqlar oyanmasın. söndür o işığı da, boş-boşuna yanmasın..

Saytda dərc olunub