Şeir · Azərbaycan
Egey dənizindəyəm,
Egey dənizindəyəm,Mirvari ləpələrboyunbağı kimi dolanmışqayaların boynuna.Egey dənizindəyəm,Balaca bir qayıqda atılmışamsuların qoynuna...Bir limanda yorulmuş yelkən kimiasılıb küləyə xatirələr.Mən burda Egeyin səsini dinləyirəm,Sən orda Xəzərin..Yəqin ki,bu dəmSənin də uzaqlara dikilib nəzərin.Gözümün önündə bir səssizlik var,Egey dənizindəyəm,Hər yerdə sənsizlik var.Dalğalar kimi təkrar-təkrareyni yaddaşa dəyib qayıdıram.Sahildə dayanmış bir daşa dəyib qayıdıram.Azacıq duman var,Xəyalımın görünənyerindənbüstünü örtür.Hər dalğa bir xatirənin üstünü örtür.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/egey-denizindeyem/