Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Kitabında demirmi ki,ilahi,

Ayaz Arabaçı

Kitabında demirmi ki,ilahi, Heç bir zaman haq yedirtmə,haq yemə. Tutub bir gün gətirəcəm gözündən, Vicdan haqqı gətirəcəm, bax,yemə.

Nə gərək var çaqqalları şirləyək, Dilimizi-ağzımızı kirləyək, Qoy birtəhər başımızı girləyək, Bu qədər də canımızdan yağ yemə.

Kül altdadı odun-közün balası, Gör nə deyir sənə Sözün balası.. Ay timsahın-təpəgözün balası, Bu vətəni dərə-təpə-dağ ..yemə.

Bir də gördün dirəndi yol,bitdi yol, Bir dəfə də şər işlərin ziddi ol, Heç olmasa 10-ca faiz ciddi ol, Hər sözünə təlxək kimi lağ yemə..

Altdan-altdan qurdalıyır bir moruq.. Qabağında yox qadağa,yox qoruq, Lap deyək ki,lap deyək ki,biz koruq.. Amma axı bu qədər də ağ.. yemə..

Piltə-piltə,qurşun-qurşun..nə deyim.. Durum sənə qoşun-qoşun nə deyim.. Nə yığıbsan haram xoşun..nə deyim.. Bu millətdən çaldığını sağ yemə...

Saytda dərc olunub